Bakıda və Abşeronda yağış yağacaq – Xəbərdarlıq

Baş səhifə

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında mayın 16-sı axşamdan 19-dək
arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
əsasən yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, şimşək
çaxacağı ehtimalı var.




Azərbaycanın rayonlarında may ayının ikinci ongünlüyünün
sonunadək bəzi yerlərdə qeyri-sabit, yağıntılı hava şəraitinin
davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv
olacağı, qısa müddətə güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi,
yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ
çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur. Ölkə
ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın
temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə enəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir