“Qarabağ” Avropa, “Turan Tovuz” Konfrans Liqasında çıxış edəcək

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha 2
oyunu keçirilib.

Trend-in
məlumatına görə, “Qarabağ” doğma meydanda “İmişli”yə 3:0, “Şamaxı”
isə “Turan Tovuz”a 3:2 hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra Ağdam klubu 66 xalla 2-ci, Tovuz
təmsilçisi 59 xalla 3-cü, Şamaxının eyniadlı komandası 38 xalla
8-ci, İmişli kollektivi isə 33 xalla 9-cu pillədə qərarlaşıb.




Bununla da növbəti mövsümdə “Qarabağ”ın UEFA Avropa Liqasında, “Turan Tovuz”un isə Konfrans Liqasında çıxış edəcəyi
dəqiqləşib.

Qeyd edək ki, XXXII turun əvvəlki oyunlarında “Qəbələ” “Karvan-Yevlax”a 2:1, “Araz-Naxçıvan” isə “Kəpəz”ə 2:0 hesabı ilə
qalib gəlib. Tura mayın 17-də yekun vurulacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir