Sülh və etimad yerli səviyyədə formalaşır – Haaqa meri

Baş səhifə

Bakı.Trend:

Sülh yalnız məhkəmələrdə və ya beynəlxalq institutlarda
qurulmur, sülh və etimad eyni zamanda yerli səviyyədə
formalaşır.

Trend xəbər verir
ki, bunu Haaqa şəhərinin meri Yan van Zanen Bakıda Ümumdünya
Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Yerli liderlik
yenilənmiş çoxtərəfli yanaşmanı formalaşdırır” mövzusu ilə
keçirilən Yerli və Regional Hakimiyyət Orqanlarının Ümumdünya
Assambleyasında çıxışı zamanı bildirib.

“Biz bir daha, Bakıda çox mühüm bir məqamda bir araya gəlmişik —
təkcə 2030-cu ilin və Yeni Şəhər Gündəliyinin onillik icmalının
yaxınlaşmasına görə deyil, həm də beynəlxalq kontekstin sürətlə
dəyişməsi səbəbindən toplaşmışıq.

Əvvəlki forumlarla müqayisədə bu gün xüsusilə diqqətimi çəkən
məqam isə qlobal müzakirələrlə gündəlik yerli reallıqlar arasındakı
məsafənin nə dərəcədə azalmasıdır”, – deyə o bildirib.




Van Zanen qeyd edib ki, qlobal çağırışlar çoxtərəfliliyin daha
inklüziv, çoxsəviyyəli və icraya yönəlmiş sistem kimi yenidən
düşünülməsini zəruri edir.

“Çünki böhran heç də hər şeyi ehtiva etməyib. Elə bir
multilateralizm sistemi var ki, o nəinki böhran yaşamır, əksinə
möhkəmlənməyə və inkişaf etməyə davam edir. Bu, şəhərlər və
regionlar tərəfindən yaradılmış sistemdir. İnsanlara yaxınlıq,
həmrəylik və inklüzivlik üzərində qurulan sistemdir.

Qlobal bələdiyyə hərəkatı göstərir ki, ərazilər arasında
əməkdaşlıq təkcə mümkün deyil, bu həm də dərin transformasiyalara
gətirib çıxara bilər”, – deyə o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir