WUF13 çox yüksək səviyyədə təşkil olunub – “Altyn Kanun” təsisçisi (ÖZƏL)

Baş səhifə

Bakı.Trend:

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çox
yüksək səviyyədə təşkil olunub.

Bunu Türkmənistanın “Altyn Kanun” hüquq şirkəti təsərrüfat
cəmiyyətinin təsisçisi Kərim Akmamedov WUF13 çərçivəsində Trend-ə açıqlamasında
bildirib.

Onun sözlərinə görə, Türkmənistandan gələn nümayəndə heyəti həm
forumun təşkilatçılığından, həm də Bakının özündən böyük təəssürat
alıb.

“Forum çox yüksək səviyyədə təşkil olunub. Hər bir ölkə öz
stendini təqdim edib və hər stenddə yeni nələrsə görmək mümkündür.
Biz də öz nailiyyətlərimizlə gəlmişik. Biz sıfırdan inşa edilmiş və
artıq çoxsaylı beynəlxalq mükafatlar qazanmış müasir rəqəmsal şəhər
olan Arkadağ şəhərini təmsil edirik”, – deyə o qeyd edib.




Kərim Akmamedov Azərbaycan paytaxtının sakinlərinin
qonaqpərvərliyini ayrıca vurğulayıb.

“Biz Bakı xalqını çox bəyənirik. Buradakı insanlar çox
qonaqpərvərdirlər, hər zaman kömək etməyə çalışırlar. Biz Bakıda
olmaqdan məmnunuq və Azərbaycana rifah arzulayırıq. Azərbaycanlılar
və türkmənlər qardaş xalqlardır”, – deyə o bildirib.

Akmamedov, həmçinin iki ölkə arasında əməkdaşlığın inkişafını
qeyd edib və nümayəndə heyəti tərkibində Füzuliyə səfər etdiklərini
bildirib.

“Dünən biz Füzuliyə səfər etdik və Türkmənistan Xalq Şurasının
sədri Qurbanqulu Berdiməhəmmədovun adına olan xeyriyyə fondunun
maliyyələşdirdiyi məscidin tikintisi ilə tanış olduq. Yerli
hakimiyyət böyük dəstək göstərir. Biz istəyirik ki, bu məscid
Azərbaycan xalqının xeyrinə xidmət etsin”, – deyə o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir