
Bakı.Trend:
Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür
edirəm.
Trend xəbər verir
ki, bunu Ukraynanın Baş nazirinin müavini Oleksiy Kuleba WUF13
çərçivəsində jurnalistlərə bildirib.
“Mən forumun təşkilatçılarına, foruma ev sahibliyi edən ölkəyə —
Azərbaycan Respublikasına səmimi təşəkkürümü bildirmək istəyirəm.
Bu, Bakıda möhtəşəm bir gün idi. Buna görə çox sağ olun. Ukraynaya
göstərilən dəstəyə görə təşəkkür edirəm. Və əlbəttə, Ukrayna
pavilyonunun mümkün olmasına kömək edən hər kəsə şəxsən
minnətdarlığımı bildirmək istəyirəm”, – deyə o bildirib.
O. Kuleba Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın çox
məhsuldar olduğunu vurğulayıb.
“Mən düşünürəm ki, bu gün bu forum Azərbaycanla əməkdaşlığımızın
ən bariz nümunəsidir. Təkcə bugünkü təqdimatımıza görə yox, eyni
zaman ümumilikdə də, çünki hökumət üzvləri ilə əla görüşlərimiz
oldu. Biz bir çox məsələləri və bir çox birgə layihələri müzakirə
etdik. Artıq dediyim kimi, təkcə infrastrukturu deyil, həm də
iqtisadiyyat və s. sahələri. Bərpa sahəsində Azərbaycanla birgə
layihəmiz var ki, bu da Ukraynada bizim üçün çox simvolik olan bəzi
obyektlərin bərpasına kömək edir. Biz xüsusilə Azərbaycan tərəfinin
göstərdiyi yardımdan çox məmnunuq və ona görə minnətdarıq”, – deyə
o bildirib.

