UNDP: Özəl sektorun mənzil tikintisinə sərmayə yatırması vacibdir

Baş səhifə

Mənzil məsələsi yoxsulluğun azaldılması ilə sıx bağlıdır.

APA xəbər verir ki, bunu BMT İnkişaf Proqramının (UNDP) Siyasət və Proqram Dəstəyi Bürosunun direktor müavini Fransin Pikap Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) III günü çərçivəsində təşkil olunan “Mənzilin Sosial və İqtisadi Gücü” mövzusuna həsr edilmiş tədbirdə deyib.

“Mənzil məsələsi yoxsulluğun azaldılması ilə sıx bağlıdır və BMT İnkişaf Proqramının (UNDP) əsas məqsədlərindən biri də məhz dayanıqlı inkişafı, həyat keyfiyyətini və sosial dayanıqlılığı gücləndirməkdir”, – o qeyd edib.

Bununla belə, BMT rəsmisi vurğulayıb ki, mənzil məsələsi çox vaxt ayrıca bir sektor kimi qiymətləndirilir və sosial, iqtisadi və inkişaf ölçüləri ilə kifayət qədər əlaqələndirilmir.

O, bu sahəyə yalnız dövlət maliyyəşməsinin kifayət etmədiyini, özəl sektorun da mənzil tikintisinə sərmayə yatırmasının vacibliyini vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir