
Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Tbilisi-Bakı marşrutu üzrə
gündəlik sərnişin qatarlarının xidmətinin bərpası ilə bağlı məlumat
yayıb.
ADY-dən Trend-ə
verilən məlumata görə, sərnişin qatarlarının fəaliyyəti 26 may
2026-cı il tarixindən bərpa olunacaq.
“Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış Birgə
Kommunikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən
Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti
bərpa olunacaq”. – məlumatda qeyd olunur.
Qeyd edək ki, Bakı–Tbilisi–Bakı sərnişin qatarının fəaliyyəti
2020-ci ilin mart ayında COVID-19 pandemiyası və xüsusi karantin
rejimi ilə əlaqədar dayandırılıb.

