
Bakı. Trend:
Mayın 21-də Xankəndi şəhərinə leysan xarakterli yağış, Xocalı
rayonunun Şuşakənd kəndinə isə güclü yağışla yanaşı dolu yağıb.
Bu barədə Trend-ə Xankəndi şəhərində, Ağdərə və Xocalı
rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, bu gün günorta saatlarında bölgədə başlayan
yağıntı qısa müddətdə intensiv xarakter alıb.
Yağıntı və dolu nəticəsində hər hansı ciddi fəsad qeydə
alınmayıb. Elektrik enerjisi, qaz və su təchizatı normal rejimdə
fəaliyyətini davam etdirir. Həmçinin yaşayış məntəqələrində
infrastruktura və fərdi təsərrüfatlara ziyan dəyməyib.

