Pentaqon UNO barədə yeni sənədlər toplusunu ictimaiyyətə açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Pentaqon uçan naməlum obyektlər (UNO) barədə əvvəllər məxfi
saxlanılan yeni sənədlər toplusunu ictimaiyyətə açıqlayıb.

Trend xəbər verir ki,
bu barədə “Reuters” məlumat yayıb.




Pentaqonun rəhbəri Pit Heqset bildirib ki, “naməlum anomaliya
hadisələri” kimi tanınan sənədlər, foto və videolar uzun illərdir
müxtəlif spekulyasiyalara səbəb olur.

Açıqlanan 222 sənəddən biri 1948-1950-ci illər arasında
Nyu-Meksiko ştatında yerləşən məxfi obyektlə bağlı 116 səhifəlik
hesabatdan ibarətdir. Orada bir sıra UNO müşahidələri və
araşdırmalar sənədləşdirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir