Azərbaycanda külək enerjisi istehsalı 58 dəfədən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda külək elektrik
stansiyalarında (KES) 327,5 milyon kVt-saat elektrik enerjisi
istehsal edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 321,9 milyon kVt-saat və ya 58,5 dəfə çoxdur.




Eyni zamanda, hesabat dövründə ölkədə günəş elektrik
stansiyalarında 121,8 milyon kVt-saat elektrik enerjisi istehsal
edilib ki, bu da 2025-ci ilin ilk dörd ayındakı göstərici ilə
müqayisədə 7,8 milyon kVt-saat və yaxud 6% azalma deməkdir.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin
yanvar-aprel aylarında 1 milyard 322,7 milyon manat dəyərində
məhsul istehsal olunmuş və xidmətlər göstərilib. Su təchizatı,
tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş
məhsulların həcmi 201 milyon manat təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir