İran ABŞ ilə müzakirələrdə tam diqqətli olmalıdır – Pezeşkian

Baş səhifə

Bakı. Trend:

Təcrübə göstərir ki, İran ABŞ ilə müzakirələrdə tam şəkildə
diqqətli olmalıdır.

Trend-in
məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün
Pakistan ordusunun baş komandanı, feldmarşal Asim Munirlə görüşdə
deyib.

Onun sözlərinə görə, müharibə heç vaxt heç bir tərəf üçün
mənfəət gətirməyib.

“ABŞ bu müharibədə qalib gələ bilməyəcək. Region və dünya
ölkələri bu müharibədən ciddi xəsarətlərlə üzləşə bilərlər”, – deyə
o qeyd edib.




Görüşdə Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir də
bildirib ki, xoşbəxtlikdən ABŞ və İran arasında müzakirələr prosesi
yaxşı formada irəliləməkdədir. Pakistan sadəcə regionda qarşıdurma
və müharibənin təkrarlanması və davam etməsinin qarşısını almaq və
sabitliyin bərpa olunması məqsədini izləyir.

Munir qeyd edib ki, hazırda davam edən müzakirələrin İran və
bütün ölkələrin xeyrinə tez bir zamanda nəticəyə çatacağına ümid
edilir.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ
və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə
olunmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir