“Qarabağ”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Baş səhifə

Bakı. Trend:

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Qarabağ”ın I
təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Trend klubun mətbuat xidmətinə istinaədən xəbər verir ki,
oyunları iyulun 9-da və 16-da keçiriləcək mərhələdə ümumilikdə 12
komanda mübarizə aparacaq.




Bu komandalar püşkatmada reytinqinə əsasən iki səbətə bölünəcək. “Qarabağ”, həmçinin “Ferentsvaroş” (Macarıstan), “Dinamo” (Kiyev,
Ukrayna), “Hayduk” (Xorvatiya), MOİK (Bolqarıstan) və “Şerif”
(Moldova) səpələnmişlər sırasında olacaq.

Mümkün rəqiblərin qərarlaşdığı səpələnməmiş səbətində isə
aşağıdakı komandalar yer alıb: “Jilina” (Slovakiya), “Voyvodina”
(Serbiya), “Universtatya” (Kluj, Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), “Vestri” (İslandiya).

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir