Təbrizdə vəfat edən konsulun cənazəsi Azərbaycana gətirilib

Baş səhifə

Bakı.Trend:

Azərbaycanın Təbrizdə yol-nəqliyyat hadisəsi zamanı vəfat edən konsulu Ramil İmranovun cənazəsi
Azərbaycana gətirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Azərbaycan Xarici
İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.




“Diplomat bu gün Göyçayda dəfn olunacaq”,- deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının İran İslam
Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu
vəzifəsində çalışan Ramil Rza oğlu İmranov Culfa-Təbriz
avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti
fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə qəzaya
düşərək vəfat edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir