Bulvarda gənclərə qarşı zorakılıq: şübhəli şəxs saxlanıldı (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Bakının Dənizkənarı bulvarında gənc qız və oğlana qarşı baş
verdiyi iddia edilən zorakılıq hadisəsinin görüntüləri sosial
şəbəkələrdə yayılıb.

Trend xəbər
verir ki, kadrlarda naməlum şəxsin bulvar ərazisində çəkiliş aparan
gənc xanıma yaxınlaşaraq ona qarşı qeyri-etik davranış sərgiləməyə
çalışdığı və nəticədə tərəflər arasında gərginliyin yarandığı
görünür.

Hadisə ətrafda olan şəxslərin də diqqətini cəlb edib.




Məlumata əsasən, gənc xanım paylaşdığı videomüraciətdə həmin
şəxsin ona qarşı zorakılıq etməyə cəhd göstərdiyini bildirib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə hadisənin baş verdiyi anlar
əks olunub.

Qeyd edək ki, əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Şamxal
Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış
zamanı üç ədəd soyuq silah hesab edilən kəsici-deşici alət
aşkarlanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir