
Bakı. Trend:
Ali Məhkəməyə yeni hakimlər təyin edilib.
Trend-in
məlumatına görə, bununla bağlı Milli Məclisin bugünkü plenar
iclasında müvafiq qərar qəbul edilib.
Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
hakimi Sənan Məmməd oğlu Qarayev vəzifəsindən azad
edilərək, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət
oğlu Abdullayev vəzifəsi dəyişdirilərək Azərbaycan
Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib.

