Azərbaycanda mikrosığorta modeli tətbiq olunacaq

Baş səhifə

Bakı. Trend:

2030-cu ilədək Azərbaycanda mikrosığorta modelinin tətbiqinə
başlanılması nəzərdə tutulur.

Trend xəbər
verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə
inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün
Dövlət Proqramı”nda öz əksini tapıb.

Dövlət Proqramına əsasən, əvvəlcə mikrosığorta bazarının
yaradılması və inkişaf etdirilməsi həyata keçiriləcək. Daha sonra
mikrosığorta bazarının inkişaf potensialının qiymətləndirilməsi və
stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi icra ediləcək. Daha
sonra tənzimləmə və lisenziyalaşdırma üzrə tələblərin müəyyən
edilməsi prosesi həyata keçiriləcək.




Layihənin həyata keçirilməsi zamanı Azərbaycan Sığortaçılar
Assosiasiyasının (ASA) da prosesə cəlb olunması planlaşdırılır.

Dövlət Proqramında tədbirin əsas icraçısı qismində Azərbaycan
Mərkəzi Bankı (AMB) göstərilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir