
Bakı. Trend:
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə
İdarəsinin əməkdaşları tərəfindən Astara rayonunda qaçaqmalçılıq
yolu ilə ölkəyə külli miqdarda narkotik vasitə gətirməyə cəhd edən
şəxslər ifşa olunublar.
Trend bu barədə
Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Belə ki, əvvəllər məhkum olunmuş 38 yaşlı Tural Bəkirov və 53
yaşlı Mehman Abdurahmanov saxlanılıblar. Onlardan tərkibi psixotrop
maddələrlə zənginləşdirilmiş 45 kiloqram marixuana, eləcə də 650
ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

