
Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmayacaq.
APA xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.
“Biz nəinki Aİİ-dən çıxmayacağıq, həm də Ermənistanın iqtisadi maraqlarını qorumaq üçün öz rıçaqlarımızdan istifadə edəcəyik”, – o qeyd edib.
Eyni zamanda o bildirib ki, Axalkalaki–Qars dəmir yolu Ermənistan vasitəsilə ixrac üçün açılıb və yaxın vaxtlarda həmin dəmir yolu boyunca potensial bazarların araşdırılması məqsədilə biznes nümayəndə heyətlərinin görüşləri keçiriləcək.

