Prezident İlham Əliyev: Hər gün gücümüz artır, imkanlarımız artır (VİDEO)

Baş səhifə

Bakı. Trend:

“Dəmir yumruq” hesabına, xalqımızın birliyi hesabına, Ordumuzun
qüdrəti, şəhidlərimizin qanı-canı bahasına bu gün buradayıq və
bundan sonra bizi heç kim buradan tərpədə bilməz. Əksinə, hər gün
gücümüz artır, imkanlarımız artır. Bölgədə söz sahibiyik.

Trend xəbər verir
ki, bu fikirləri Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi
kəndində sakinlərlə görüşündə deyib.

“Ermənilər tərəfindən viran qoyulmuş bu torpaqları, şəhər və
kəndləri artıq beş ildir ki, bərpa edirik. Özü də necə? Dünyada
bunun tayı-bərabəri yoxdur. Cəmi 5 il ərzində bu qədər iş görmək –
ancaq bunu güclü dövlət edə bilər. Bu güclü dövlətin əsasını
xalq-iqtidar birliyi təşkil edir.

Sizə isə bundan sonra ancaq cansağlığı. Bu gözəl havanı udun,
gözəl suyu için, gözəl mənzərələrə tamaşa edin ki, könül açılsın,
adamın zövqünü oxşasın.

Mən laçınlılarla görüşəndə, Laçın şəhərinə biz ilk keçmiş
köçkünləri qaytaranda elə oturmuşdum ki, bu mənzərə elə düz gözümün
qabağında idi. Dedim ki, bilin ha, biz sizi görürük buradan.
Özünüzü yaxşı aparın” – Prezident İlham Əliyev bildirib..

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir