
Bakı.Trend:
Paytaxtın Binəqədi rayonunda evlərdən birindən 6000 dollar nağd
pul naməlum şəraitdə oğurlanıb.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, polis
əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə
şübhəli bilinən 51 yaşlı G.İsgəndərov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun taladığı evdə bir müddət usta kimi çalışdığı da
məlum olub.
Rayon ərazisində keçirilən digər tədbirlər nəticəsində isə iki
marketdən spirtli içki, tütün məmulatı və digər məhsulları
oğurlamaqda şübhəli bilinən 48 yaşlı R.Hüseynov və 21 yaşlı
A.Abbaslı da polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırmalar aparılır.

