ABŞ-də 2 minə yaxın diplomat işdən çıxarılıb

Baş səhifə

Bakı.Trend:

ABŞ-nin hazırkı administrasiyasının həyata keçirdiyi tədbirlər
çərçivəsində son bir il ərzində təxminən 2 min yüksək rütbəli və
sıravi amerikalı diplomat işdən çıxarılıb və ya təqaüdə getməyə
məcbur olub.

Trend xəbər verir
ki, bu barədə NBC News telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, jurnalistlərin söhbət etdiyi
diplomatların əksəriyyəti bu mövzuda açıq danışmaqdan imtina edib.
Məsələ ilə bağlı fikirlərini ictimaiyyətə açıqlayanlardan biri
Kelli Adamz-Smit olub.




O, təxminən 30 illik diplomatik xidmətdən sonra 2024-cü ildə
ABŞ-nin Moldovadakı gələcək səfiri vəzifəsinə təsdiqlənmişdi, lakin
2025-ci ilin fevralında Tramp administrasiyası onun təyinatını ləğv
edib. “NBC News” qeyd edir ki, Adams-Smitə ABŞ Dövlət
Departamentinin strukturunda başqa uyğun vəzifə təklif olunmayıb və
nəticədə o, işdən ayrılmağa məcbur olub. Bundan əlavə, onun
diplomat həyat yoldaşı da xidməti tərk edib.

Telekanal vurğulayıb ki, Dövlət Departamenti işdən çıxarılan
əməkdaşlarla bağlı məlumat təqdim etməkdən imtina edib. NBC News
əlavə edib ki, ixtisarlar və məcburi təqaüdə göndərilmələr
nəticəsində ABŞ hazırda ciddi diplomatik kadr çatışmazlığı ilə
üzləşib. Belə ki, Avropada ABŞ-nin 33 ölkədə səfiri olduğu halda,
daha 17 səfir vəzifəsi hələ də boş qalır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir