Modriç 5-ci dünya çempionatına gedir

Baş səhifə

Bakı. Trend:

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç karyerasında
beşinci dəfə dünya çempionatında iştirak edəcək.

Trend xarici
mediaya istinadən xəbər verir ki, 40 yaşlı futbolçu DÇ-2026 üçün
Xorvatiya millisinin yekun heyətinə daxil edilib.

Modriç daha əvvəl 2006, 2014, 2018 və 2022-ci il dünya
çempionatlarında çıxış edib. Beləliklə, o, karyerasında beşinci
mundiala yollanacaq.




Tarixdə yalnız üç futbolçu dünya çempionatlarının yekun heyətinə
Modriçdən daha çox – altı dəfə düşüb. Bunlar Argentina millisinin
kapitanı Lionel Messi, Portuqaliya millisinin hücumçusu Kriştiano
Ronaldo və Meksika millisinin qapıçısı Gilermo Oçoadır.

Bundan əvvəl Modriçin DÇ-2026-dan sonra futbolçu karyerasını
başa vuracağı barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Xorvatiya millisi dünya çempionatının qrup
mərhələsində İngiltərə, Panama və Qana ilə eyni qrupda mübarizə
aparacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir