bp Özbəkistandakı layihə üzrə seysmik tədqiqatların bu yay başa çatdırılacağını planlaşdırır

Baş səhifə

Bakı. Trend:

bp Özbəkistan Respublikasının Şimali Üstyurd regionundakı altı
blok üzrə hasilatın pay bölgüsü sazişi üzrə seysmik tədqiqatların
bu yay başa çatdırılacağını planlaşdırır.

Trend xəbər
verir ki, bunu bp-nin hasilat və əməliyyatlar üzrə icraçı
vitse-prezidenti Qordon Birrel Bakı Enerji Həftəsi çərçivəsində
jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Özbəkistandakı fəaliyyət çərçivəsində SOCAR və
Uzbekneftegaz ilə hasilatın pay bölgüsü sazişi imzalanıb və layihə
ölkənin şimalında yerləşən Şimali Üstyurd regionunda kəşfiyyat
işlərini əhatə edir.

Qordon Birrel qeyd edib ki, hazırda layihə üzrə seysmik tədqiqat
işlərinin bu yay mövsümünün sonunadək başa çatdırılması
planlaşdırılır.




“Növbəti mərhələdə əldə olunan seysmik məlumatların emalı və
interpretasiyası həyata keçiriləcək. Bu proses gələn ilin sonunadək
davam edəcək və regionda neft-qaz ehtiyatlarının mövcudluğu, eləcə
də onların potensial həcmi barədə qiymətləndirmə aparılmasına imkan
verəcək”, – o vurğulayıb.

Qeyd edək ki, bu ilin mayın 13-də Özbəkistan Respublikasının
Şimali Üstyurd regionundakı altı blok üzrə hasilatın pay bölgüsü
sazişinə (HPBS) qoşulduğunu açıqlayıb.

Saziş Boyterak, Terengquduq, Birqori, Haroy, Qoraqalpoq və
Qulboy bloklarını əhatə edir.

Sazişlər Daşkənddə keçirilən “Özbəkistan Neft-Qaz Konfransı
2026” çərçivəsində Özbəkistan Respublikasının energetika naziri
Jurabek Mirzəmahmudov, “Uzbekneftegaz” SC-nin İdarə Heyətinin sədri
Abduqani Sanginov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və bp-nin
Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio
Kristofoli tərəfindən imzalanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir