Neft-qaz sektoru intellektual sistemlərin tətbiqini sürətləndirir – Vimal Fire Controls

Baş səhifə

Bakı.Trend:

Neft-qaz sənayesi qəza və yanğınlardan yaranan zərərlərin
azaldılması məqsədilə intellektual yanğın təhlükəsizliyi
sistemlərinin tətbiqini sürətləndirir.

Trend xəbər verir
ki, bunu “Vimal Fire Controls Pvt. Ltd.”şirkətinin Satış və
Marketinq direktoru Falqun Doşi Bakıda keçirilən 31-ci Beynəlxalq
Xəzər Neft və Qaz sərgisi çərçivəsində təşkil olunan panel
sessiyada bildirib.

Onun sözlərinə görə, ənənəvi yanğından mühafizə üsulları
tədricən yanğınların daha sürətli aşkarlanmasına və fövqəladə
hallara operativ reaksiya verilməsinə imkan yaradan müasir
avtomatlaşdırılmış həllərlə əvəz olunur.




“Bu gün sənaye hidrantlar, su monitorları və əl ilə söndürmə
vasitələrindən avtomatik yanğın aşkarlama sistemlərinə,
intellektual yanğınsöndürmə texnologiyalarına, uzaqdan idarəetməyə,
termovizor monitorinqinə və pilotsuz müşahidə vasitələrinə keçid
edir”, – deyə o bildirib.

Doşi vurğulayıb ki, yeni texnologiyaların tətbiqində əsas məqsəd
yanğının aşkarlanma müddətini azaltmaq, reaksiya sürətini artırmaq
və obyektlərə, eləcə də ətraf mühitə dəyən zərəri minimuma
endirməkdir.

Onun sözlərinə görə, Mayeləşdirilmiş Təbii Qaz (LNG)
terminalları, neft-kimya kompleksləri, dəniz platformaları,
rezervuar parkları və neft bazaları daxil olmaqla neft-qaz
obyektləri enerji infrastrukturunun yanğınlara qarşı ən həssas
elementləri olaraq qalır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir