
Bakı. Trend:
Serbiya Respublikasında işgüzar səfərdə olan Milli Məclisin
sədri Sahibə Qafarova paytaxt Belqraddakı Taşmaydan parkında
Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
Spiker Sahibə Qafarova abidənin önünə gül dəstələri düzüb.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin Taşmaydan parkında
ucaldılmış abidəsinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə
2011-ci ildə olub.
Spiker Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə
heyəti sonra burada görkəmli serb yazıçısı Milorad Paviçin də
abidəsini ziyarət edib.

