
Bakı.Trend:
Xalqların sülh şəraitində birgəyaşayış yollarının axtarışı
müasir dövrün qlobal çağırışlarından biridir.
Trend xəbər verir
ki, bu barədə Kanadanın Siqh Federasiyasının sədri Bual Moninder
Sinq Bakıda “1984-cü ilin iyunu, Amritsar hadisələri: Hindistanın
etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırımı
kontekstində” mövzusunda keçirilən beynəlxalq konfrans zamanı
bildirib.
“Dünya sürətlə dəyişir, geosiyasi əlaqələr transformasiya
olunur. Bugünkü dünya iki il əvvəlki kimi deyil və iki ildən sonra
da fərqli olacaq. Görünən odur ki, yeni tərəfdaşların axtarışı,
həmrəyliyin gücləndirilməsi və xalqların sülh şəraitində
birgəyaşayış yollarının tapılması, müasir dövrün ən mühüm
çağırışlarındandır”, – deyə o bildirib.
Bual Moninder qeyd edib ki, gələcəkdə dünyanın inkişafına
cavabdehlik daşıyacaq tələbələr və gənclər üçün bu gün hansı
xalqlarla həmrəylik münasibətləri qurula biləcəyini, hansı
xalqların tarixi tərəfdaşlar olduğunu və harada dəstək və sülh
içində birgəyaşayış tapmağın mümkün olduğunu, eləcə də resursların
ələ keçirilməsi, ərazilərin istismarı və nəzarət cəhdləri ilə
üzləşməməyin yollarını anlamaq son dərəcə vacibdir.

