Gözəl və hamar dəri, qalın və ipək kimi yumşaq saçlar qəribə səslənsə də, bağırsaqların vəziyyətindən asılıdır. Gözəllik vitamini kimi tanınan Biotin dünyadakı bütün kosmetik vasitələrdən daha çox kömək edə bilər.
Yalnız dəri və saç hüceyrələrini təmin etmək üçün bu vitaminin qaraciyərdə daimi ehtiyat şəklində olması lazımdır, eyni zamanda bütün orqanizm üçün inanılmaz qidadır.
Biotin maya, qaraciyər, yumurta sarısı, pomidor, soya, qəhvəyi düyü və kəpəkdə olur. Ancaq hüceyrələrimizə lazım olan Biotin əsasən bağırsaqlarımızdakı bakteriyalar tərəfindən ifraz olunur. Özümüz vitamin istehsalçılarıyıq. Lakin bu, yalnız bağırsaq mikroblarının müstəsna dərəcədə mürəkkəb, həssas və nizamlı fəaliyyəti pozulmadıqda mümkündür. Bağırsaqların normal çalışması üçün onlara yalnız sağlam, faydalı qidalar lazımdır. Bu da o deməkdir ki, təbiət “ən ucuz” gözəllik salonudur.
Balansın pozulması, məsələn, bir stəkan araq, bir az şəkər və ya antibiotik tableti xaosa səbəb ola bilər. Bu vəziyyətdə Biotin ifrazı azalır. Maddələr mübadiləsini öyrənən müasir biokimyaçılar zəif qidalanan insanların saçlarının tökülməsinə, dərilərinin solğun və quru göründüyünə təəccüb etmirlər.
Ümumi çəkisi qaraciyərin ağırlığına (təxminən 1,5 kiloqram) bərabər olan və maddələr mübadiləsi prosesində məhsuldarlığı baxımından ondan aşağı olmayan bağırsaqlarda dörd kvilyon mikroorqanizmlər yaşayır. Sağlam bağırsaq florası patogenlər yolunda keçilməz qaladır. Eyni zamanda, bağırsaqlar Biotin və ya K kimi vitaminlər ifraz edir və bədənə enerji verir. Beləliklə, bədənimizin özü bir növ vitamin fabrikidir. Bu səbəbdən də gözəl hamar dəri və qalın ipək saçlar bağırsaqlardan asılı vəziyyətdədir. Bakteriyaların ifraz etdiyi Biotini düzgün qidalanma əsasında özümüz hazırlayırıq.
Qızardılmış kartof, qaymaqlı tortlar, konservləşdirilmiş yeməklər, kotlet və ya xırtıldayan çubuqlar ilə hisə verilmiş kolbasaya üstünlük verənlər altı həftə ərzində bütün bağırsaq florasını öldürə bilərlər. Alkoqol, nikotin və həblərdən sui-istifadə bu işi sürətləndirir. Qeyri-sağlam qidalanma nəticəsində təbiətin bu qədər diqqətlə yaratdığı minlərlə növ mikroorqanizmlərdən ibarət bütün dünyanı məhv edə bilərsiniz. Bu, bir meşəni bütün ağaclardan, kollardan, otlardan, çiçəklərdən, yosundan, bütün böyük və kiçik heyvanlardan məhrum etmək, sonra turşu ilə sulamaqla eynidir. Bundan sonra nə baş verdiyini özünüz təsəvvür edin. Bağırsaq florasının pozulması ishal və ya qəbizlik, şişkinlik, kəskin nəfəs qoxusu, saç tökülməsi, dəri problemləri kimi həzm pozğunluqları ilə asanlıqla müəyyən edilə bilər.
Biotin qanda şəkərin səviyyəsini sabitləşdirir