Enerji sistemlərinin arxitekturası dəyişir – Teona Elizaraşvili

Baş səhifə

Bakı.Trend:

Paylanmış bərpa olunan enerji mənbələrinin inteqrasiyası
paylayıcı şəbəkələrin etibarlılığının və çevikliyinin
artırılmasını, o cümlədən infrastrukturun və idarəetmə
sistemlərinin modernləşdirilməsini tələb edir.

Trend xəbər verir
ki, bunu Dünya Bankının energetika üzrə müşaviri Teona Elizaraşvili
31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində baş tutan
panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, paylanmış enerji resursları istehlakçılara
yaxın yerləşdirilən kiçik və orta həcmli generasiya qurğularını
ifadə edir.

“Ənənəvi stansiyalardan fərqli olaraq, bunlar istehlak
mərkəzlərinə çox yaxın yerləşən kiçik və orta bərpa olunan enerji
generasiya qurğularıdır”, – deyə o qeyd edib.

O vurğulayıb ki, bu cür mənbələrin inkişafı ilə enerji
sistemlərinin arxitekturası da dəyişir.




“Əvvəllər enerji sistemləri elə layihələndirilirdi ki, böyük
generasiya bir məkanda yerləşirdi və elektrik axını yalnız bir
istiqamətdə – generasiyadan istehlakçılara doğru gedirdi. İndi isə
vəziyyət dəyişib və axın ikitərəfli xarakter alır”, – deyə o
bildirib.

T. Elizaraşvili əlavə edib ki, bu, paylayıcı şəbəkələr üzərində
əlavə yük yaradır.

“Bu, mövcud paylayıcı infrastruktur, xüsusilə xətlər və
transformatorlar üzərində ciddi təzyiq yaradır”, – deyə müşavir
vurğulayıb.

Onun sözlərinə görə, əlavə çağırışlar günəş enerjisinin
dəyişkənliyi, enerjinin geri axınları, elektrik enerjisinin
keyfiyyəti ilə bağlı məsələlər və şəbəkələrin müşahidəolunma
səviyyəsinin artırılması zərurəti ilə bağlıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir