
Bakı. Trend:
İngiltərənin cənub-qərbində Kral Dəniz Qüvvələrinə məxsus Merlin
Mk4 helikopteri qəzaya uğrayıb, nəticədə göyərtədəki hər üç heyət
üzvü həlak olub.
Trend xəbər
verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat
yayıb.
Qəza 3 iyun günortadan sonra təlim uçuşu zamanı baş verib.
Qəzanın səbəbi hələlik məlum deyil və araşdırma aparılır.
Merlin Mk4 helikopteri əsasən Kral Dəniz Qüvvələri tərəfindən
sualtı qayıqlara qarşı döyüşlər, dəniz patrulu, axtarış-xilasetmə
əməliyyatları və qoşunların və yüklərin hava yolu ilə daşınması
üçün istifadə olunur.

