DTX kiber təhqiqat istiqaməti fəaliyyətə başlayıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda kiber təhqiqat istiqaməti Dövlət Təhlükəsizliyi
Xidmətinin (DTX) tərkibində fəaliyyətə başlayıb.

Trend xəbər verir
ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik
Mərkəzinin rəisi Davud Rüstəmov “4-cü Milli Kibertəhlükəsizlik
Forumu” çərçivəsində keçirilən “Milli Kibertəhlükəsizlik
Ekosistemi” mövzusunda sessiyada deyib.

O qeyd edib ki, kibertəhqiqatın prosessual və kibertədqiqat
istiqamətlərinin tandem şəklində fəaliyyət göstərməsi
kibertəhdidlərə qarşı mübarizədə mühüm irəliləyişlərin əldə
olunmasına xidmət edir və bu istiqamətdə ciddi nəticələrin əldə
olunması hədəflənib.




“Mütləq sürətdə dövlət-özəl tərəfdaşlığının, süni intellekt
əsaslı müdafiə mexanizmlərinin gücləndirilməsi, risklərin
qiymətləndirilməsi, eyni zamanda, böyük həcmli məlumatlarda yeni
risklərin meydana çıxmaması üçün süni intellekt həllərinin
artırılması istiqamətində təşəbbüslərimizi artırmalıyıq”, – deyə o
əlavə edib.

D.Rüstəmov kibertəhlüksəzliyin qorunması istiqamətində
beynəlxalq əməkdaşlıqdan da bəhs edib:

“Dünyanın 160 kibertəhlükəsizlik mərkəzi ilə əlaqə nöqtələrimiz
var. Budapeşt Konvensiyası çərçivəsində 24/7 əlaqə kanalı üzrə
kibercinayətkarlıq hallarının araşdırılması istiqamətində tədbirlər
görürük. BMT-nin yeni qəbul olunmuş və Azərbaycanın ilk
ratifikasiya etdiyi kibertəhlükəsizliklə bağlı konvensiyası
üzərində də işlər gedir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir