Emin Ağalarov gələcək planlarından danışdı

Baş səhifə

Bakı.Trend:

Sea Breeze layihəsi çərçivəsində 50 hektar ərazini əhatə edən “Half Moon” adasında təxminən bir milyon kvadratmetr daşınmaz
əmlak, əyləncə obyektləri və brendli daşınmaz əmlakın tikintisi
planlaşdırılır.

Trend xəbər verir
ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PMEF-2026)
çərçivəsində keçirilən “Rusiya – Azərbaycan” sessiyasında “Agalarov
Development” şirkətinin prezidenti və “Sea Breeze” kurort-şəhərinin
təsisçisi Emin Ağalarov bildirib.

Onun sözlərinə görə, “Killa Design” tərəfindən layihələndirilən “Cipriani” qülləsi Azərbaycanın ən hündür tikilisi olacaq.

E. Ağalarov həmçinin bildirib ki, Sea Breeze ərazisində inşa
edilən “Venetian Harbour” kompleksinin açılışı gələn ilin yayına
planlaşdırılır.

O qeyd edib ki, Azərbaycanda oyun sənayesinin inteqrasiyasına
dair qanun qəbul edildikdən sonra layihə çərçivəsində sahəsi 90 min
kvadratmetr olan kazino kompleksinin tikintisi nəzərdə tutulur.

E. Ağalarovun sözlərinə görə, Azərbaycanda hər il üç milyona
yaxın turist səfəri qeydə alınır və “Sea Breeze”də bu göstəricinin
növbəti dörd-beş il ərzində iki dəfə artacağı
proqnozlaşdırılır.




O həmçinin bildirib ki, genişləndirmədən sonra Dream Arena
konsert məkanının tutumu 50 min nəfər təşkil edəcək.

Bundan əlavə, E. Ağalarov bildirib ki, 200 hektar ərazini əhatə
edən “Fire Island” layihəsi çərçivəsində Formula-1 trasının
şəhərdən köçürülməsi planlaşdırılır.

Onun sözlərinə görə, “Medical Cluster” layihəsi çərçivəsində
dünyanın aparıcı on xəstəxanasının, reabilitasiya mərkəzlərinin və
universitetlərinin inteqrasiyası nəzərdə tutulur.

E. Ağalarov həmçinin “Şahdağ” dağ-xizək kurortu ərazisində
layihənin həyata keçirildiyini və Özbəkistanda “Sea Breeze”
layihəsinin inşa olunduğunu bildirib.

Onun sözlərinə görə, Özbəkistanda layihənin başlanması barədə
qərar Özbəkistan Prezidentinin ötən ilin yayında “Sea Breeze”ə
səfərindən sonra qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir