
Bakı.Trend:
İran Oman dənizində ABŞ-nin hərbi gəmilərinə raket və pilotsuz
uçuş aparatları ilə hücum həyata keçirib.
Trend xəbər verir
ki, bu haqda “Təsnim” agentliyi İran ordusunun bəyanatına istinadən
məlumat yayıb.
Bildirilib ki, “Qadir” raketləri və yeni nəsil pilotsuz uçuş
aparatları xəbərdarlıq məqsədilə ABŞ-nin “DDG-103” və “DDG-87”
esminesləri istiqamətində buraxılıb.
Bəyanata əsasən, bundan sonra həmin esmineslər Hind okeanı
istiqamətinə çəkiliblər.
Bundan əlavə, ABŞ-yə məxsus Tripoli universal desant gəmisi də
Oman dənizinin sularını tərk edib.
İran ordusu xəbərdarlıq edib ki, ABŞ tərəfindən “dəniz
quldurluğu”nun davam etdirilməsi halında gələcəkdə daha
uzaqmənzilli raketlərdən istifadə oluna bilər.

