ABŞ və Britaniya arasında soyuq yellər əsir

Baş səhifə

Bakı.Trend:

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Britaniyada tələbə Henri
Novakin qətli ətrafında yaranmış siyasi mübahisələrə münasibət
bildirərək, faciənin “sivilizasiya tənəzzülünün” və “miqrantların
kütləvi axınının” nəticəsi olduğunu bəyan edib.

Trend xəbər verir
ki, bu barədə o, rəsmi “X” səhifəsində yazıb.

“Avropa elitaları özünə nifrətə və miqrantların kütləvi axınına
yol verməsəydi, Novak sağ qala bilərdi”, – deyə Cey Di Vens öz
hesa

Bu açıqlamalar Londonda kəskin reaksiyaya səbəb olub. Böyük
Britaniyanın Baş naziri Kir Starmer Vensi ölkənin daxili işlərinə
müdaxilə etməyə cəhd göstərməkdə və gərginliyi artırmaqda ittiham
edib.




Dauninq-stritdə vurğulanıb ki, mərhumun ailəsi faciədən siyasi
spekulyasiyalar və qarşıdurmalar yaratmaq üçün istifadə
edilməməsini xahiş edib. Hakimiyyət orqanları, həmçinin bəzi
amerikalı rəsmilər tərəfindən dəstəklənmiş polis fəaliyyətində guya
“iki səviyyəli sistemin” mövcudluğu barədə iddiaları rədd
ediblər.

Qeyd edək ki, 2025-ci ilin dekabrında qətlə yetirilmiş 18 yaşlı
tələbə Henri Novakin həyatının son dəqiqələrini əks etdirən polis
əməkdaşının bədən kamerasından əldə olunmuş görüntülərin
yayımlanmasından sonra Britaniyada ictimai-siyasi böhran baş
qaldırıb.

Yaralı gəncin qandallı vəziyyətdə kömək istədiyini göstərən
kadrlar ölkə üzrə geniş rezonans doğurub, etiraz aksiyalarına və
siyasi ittihamlara səbəb olub. Baş nazir Starmer müstəqil
araşdırmanın başladıldığını elan edib, hakimiyyət isə faciədən
siyasi qarşıdurma məqsədilə istifadə olunmamasına çağırış edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir