“Azərbaycanın Gürcüstana yeni təyin olunmuş səfirini salamlamaqdan məmnunam”.
Oxu.Az xəbər verir ki, bu sözləri Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani şəxsi “Twitter” hesabında yazıb.
Azərbaycanın qonşu ölkəyə yeni təyin olunmuş səfiri Faiq Quliyevi qəbul edən XİN başçısı iki ölkə arasındakı münasibətlərin daha da inkişaf edəcəyini qeyd edib:
“Gürcüstan və Azərbaycan arasında yüksək səviyyəli strateji və dostluq münasibətlərinin daha da dərinləşəcəyinə əminəm. Yeni səfirə məsuliyyətli işində uğurlar arzulayıram”.
Qeyd edək ki, Prezident İlham Əliyevin avqustun 17-də imzaladığı sərəncamla Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Delighted to welcome newly appointed Ambassador of Azerbaijan to Georgia! I am confident that the high-level strategic & friendly relations between ???? will deepen further during his term. Wish him every success on this responsible journey! @AzerbaijanMFA pic.twitter.com/J6Hx5aD7rS
— David Zalkaliani (@DZalkaliani) September 23, 2020