
Bakı.Trend:
Özbəkistanın Qaşqadərya vilayətində qazdoldurma məntəqəsində baş
verən partlayış nəticəsində altı nəfər həlak olub.
Trend xəbər verir
ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat
xidməti məlumat yayıb.
“Bu gün, iyunun 8-də saat 13:50-də (Bakı vaxtı ilə 12:50)
Qaşqadərya vilayətinin yanğından mühafizə xidmətinə məişət qaz
balonlarının doldurulması məntəqəsində partlayış baş verməsi barədə
məlumat daxil olub. Hadisə nəticəsində 6 nəfər həyatını itirib, 5
nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya
yerləşdirilib”, – deyə nazirliyin Telegram kanalında yayımlanan
məlumatda bildirilir.
Digər təfərrüatlar açıqlanmır.

