
Bakı.Trend:
Rusiyada Moskva vilayətinin Balaşixa şəhərində “BMW” markalı
avtomobil partladılıb.
Trend bu barədə
Rusiya mediasına istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində avtomobildə olan sürücü həlak
olub.
İlkin məlumata görə, insident yerli vaxtla 05:30 radələrində
Aviatorlar mikrorayonunun Koldunva küçəsində baş verib. İstintaq
Komitəsinin bildirdiyinə əsasən, avtomobil hərəkətə başlayan vaxt,
onun partlayıcı qurğu vasitəsilə partladılması həyata keçirilib.
Sürücü aldığı çoxsaylı yaralardan hadisə yerində keçinib.
İstintaq komitəsi faktla bağlı cinayət işi açsa da, konkret
hansı maddələr üzrə açıldığını dəqiqləşdirməyib.
“Mash” telegram-kanalı isə öz mənbələrinə istinadən yazır ki,
partlayış sürücünün avtomobilə mindiyi əsnada baş verib.

