
Bakı.Trend:
Paytaxtın Nəsimi rayonunda qadın avtomobil yolunda qeyri-adekvat
hərəkətlər edib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin qadın
polis əməkdaşları tərəfindən müəyyən olunub.
Araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi
sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən
yayınaraq avtomobil yoluna çıxıb.
Onun sağlamlıq vəziyyəti alınaraq nəzarə alınaraq ixtisaslaşmış
tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər
görülür.

