Qazaxda kollecə yeni direktor təyin olunub

Baş səhifə

Bakı. Trend:

Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə
yeni təyinat olub.

Trend xəbər
verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat
yayıb.

Məlumata görə, yeni direktor Gülnar Qəhrəmanova bu gün
kollektivə təqdim olunub.

Gülnar Qəhrəmanova Gəncə Dövlət Universitetində “Kimya və
biologiya müəllimliyi” ixtisası üzrə bakalavr, həmin ali təhsil
müəssisəsində “Genetika” ixtisaslaşması üzrə magistratura təhsili
alıb. 2025-ci ildə ADA Universitetinin “Bir müəllimin manifesti”
proqramı çərçivəsində Vaşinqton şəhərində keçirilən “Tədris və
təhsildə liderlik” istiqaməti üzrə təlimdə iştirak edib.




O, əmək fəaliyyətinə 2006-cı ildə Ağstafa şəhər Texniki və
humanitar təmayüllü liseydə kimya və biologiya müəllimi kimi
başlayıb. 2022–2024-cü illərdə Ağstafa rayonu Aşağı Kəsəmən kənd
Ş.Abadov adına tam orta ümumtəhsil məktəbində, 2024–2026-cı illərdə
isə Ağstafa şəhər Asif Abdullayev adına 2 nömrəli tam orta
ümumtəhsil məktəbində direktor vəzifəsində fəaliyyət göstərib.

G.Qəhrəmanova təhsil sahəsində göstərdiyi xidmətlərə görə
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı
ilə təltif edilib.

Görüş zamanı kollecin kollektivi ilə qarşılıqlı müzakirələr
aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir