Madyar Zelenski ilə görüşmək istəyir

Baş səhifə

Macarıstanın yeni Baş naziri Peter Madyar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək istəyir.

Modern.az xəbər verir ki, bu barədə Baş nazir Macarıstanın ATV telekanalına verdiyi müsahibədə bildirib.

O bildirib ki, buna səbəb Zakarpatye bölgəsində macar milli azlığının hüquqlarının bərpası ilə bağlı razılaşmanı möhkəmləndirməkdir.

Hökumət başçısı hesab edir ki, etnik macarların yaşadığı Ukraynanın Zakarpatye vilayətindəki Berehove şəhəri onlar arasında danışıqlar üçün uyğun bir məkandır.

Madyar xatırladıb ki, 3 iyunda iki ölkənin diplomatları Ukrayna hakimiyyətinin Zakarpatye macarlarının hüquqlarını bərpa etməsi ilə bağlı razılığa gəliblər.

“Bu razılaşma hazırda ekspert səviyyəsindədir, ona görə də onu siyasi cəhətdən möhkəmləndirmək lazımdır”, – deyə o, bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir