İvanovkada Avropa pendir növləri istehsal ediləcək

Baş səhifə

İsmayıllı. Trend:

İvanovka kəndində südçülük ənənələrinin müasir sənaye
prinsipləri əsasında inkişaf etdirilməsi məqsədilə fundamental
addımlar atılır. İnvestisiya dəyəri 10 milyon manat olan süd emalı
zavodunun tikintisi bu ənənələri daha da gücləndirəcək.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu İsmayıllı Rayon İcra
Hakimiyyətinin başçısı Nahid Bağırov rayonda keçirilən Azərbaycan
Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura
məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair
2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsinə həsr
olunmuş Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə
deyib.

İcra başçısı bildirib ki, müəssisə fəaliyyətə başladıqdan sonra
ənənəvi İvanovka kərə yağının daha böyük həcmdə və müasir
standartlara uyğun istehsalına, eyni zamanda müxtəlif növ süd
məhsullarının istehsalına imkan verəcək.

“Burada, ənənəvi çeşidlərlə yanaşı, yüksək keyfiyyətli kərə
yağından tutmuş, Avropa və milli tipli pendir növlərinə, qaymaq,
kəsmik və digər ağartı məhsullarına qədər geniş spektrdə, minlərlə
ton həcmində rəqabətqabiliyyətli məhsul istehsalı təşkil olunacaq”,
– deyə o bildirib.




Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il
25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura
məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair
2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə bu
gündən regional müşavirələrə başlanılıb. Regional müşavirələr
Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, eləcə də Qarabağ və
Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir.

Görüşlər Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də
kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş
tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan
tədbirlərin regionlarda əlaqələndirilmiş, çevik və səmərəli həyata
keçirilməsinin təmin olunması məqsədilə sistemli şəkildə təşkil
olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir