Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Baş səhifə

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin
sədri Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu
ünvanlayıb.

Məktubda qeyd olunub:

“Dost və qardaş Azərbaycan xalqının azadlığa, müstəqilliyə
sarsılmaz inamının rəmzi olan 28 May – Müstəqillik Günü və 26 İyun
– Silahlı Qüvvələr Günü münasibətilə Zati-alinizi, Azərbaycan
Hökumətini və xalqını səmimi-qəlbdən təbrik edirəm. Azadlıq və
müstəqillik uğrunda canlarını fəda edən şəhidlərimizin əziz
xatirəsini minnətdarlıq və ehtiramla yad edirəm.

Azərbaycanın şanlı Vətən müharibəsində əldə etdiyi böyük
nailiyyətlər nəticəsində Vətən torpaqlarının azad edilməsi tarixə
müstəsna bir Qələbə kimi daxil olub. Bu şanlı Zəfər təkcə
Azərbaycan xalqı üçün deyil, eyni zamanda, bütün türk dünyası üçün
qürur və sevinc mənbəyidir.

Dost və qardaş ölkələrimiz arasındakı əlaqələrin “Bir millət,
iki dövlət” şüarı ilə bütün sahələrdə daha da möhkəmlənəcəyinə
inamım qətidir. Əminəm ki, yüksələn Türkiyə və Azərbaycan öz
bölgələrində sülh, sabitlik, inkişaf və rifahın təmin edilməsində
ən fəal ölkələr kimi səylərini davam etdirəcəklər.

Zati-aliləri, bu bayramlar münasibətilə Sizə ən xoş arzularımı
çatdırıram”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir