
Bakı. Trend:
SpaceX-in təkrar istifadə edilə bilən yük gəmisi Cargo Dragon
iyunun -16-da Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılaraq Yerə
qayıdacaq.
Bu barədə NASA məlumat yayıb.
Kosmik gəminin Bakı vaxtı ilə saat 20:05-də Beynəlxalq Kosmik
Stansiyadan ayrılması planlaşdırılır. Növbəti gün Kosmik gəminin
Kaliforniyanın cənub sahillərində Sakit Okeana enişi
gözlənilir.
Cargo Dragonun eniş kapsulu təxminən 1,6 ton ağırlığında olan və
Beynəlxalq Kosmik Stansiya heyəti tərəfindən orbitdə aparılan
təcrübələrin nəticələrini Yerə çatdıracaq.
CRS-34 missiyasının bir hissəsi olaraq, təkrar istifadə edilə
bilən Cargo Dragon 17 mayda Beynəlxalq Kosmik Stansiyaya 2,3 ton
qida, eləcə də onlarla elmi təcrübə üçün avadanlıq və materiallar
çatdırıb.
Yük daşıyıcısı Dragon okeana eniş edərək yükü Yerə qaytara bilən
yeganə Beynəlxalq Kosmik Stansiya (BKS) təchizat gəmisidir.

