
Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald
Tramp arasında telefon danışığı olub.
Bu barədə jurnalistlərə Ukrayna Prezidentinin kommunikasiya üzrə
müşaviri Dmitri Litvin məlumat verib.
Yarım saatdan çox davam edən söhbət zamanı Ukrayna lideri
amerikalı həmkarını doğum günü münasibətilə təbrik edib. Danışıqlar
zamanı, həmçinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması prosesi
də daxil olmaqla, digər mühüm mövzular ətrafında fikir mübadiləsi
aparılıb.

