
Bakı. Trend:
BMT-nin baş katibi Antonio Quterreş ABŞ ilə İran arasında sülh
razılaşmasını alqışlayır.
Bu barədə dünya təşkilatının rəhbərinin mətbuat xidməti
bildirib.
“Baş katib ABŞ və İranın dərhal və daimi atəşkəsi, Hörmüz
boğazının açılmasını və gələcək danışıqlar üçün çərçivəni əhatə
edən sülh razılaşması barədə razılığa gəldiklərinin elanını
alqışlayır. Bu, münaqişənin sülh yolu ilə həlli istiqamətində
atılan mühüm addımdır”, – deyə qeyd olunub.

