Maykl Ceksonun həyatından bəhs edən film rekord qırıb

Baş səhifə

Bakı. Trend:

Əfsanəvi Maykl Ceksonun həyatından bəhs edən “Michael” filmi
yeni rekord qırıb.

Xarici mediada yayılan məlumata görə, film dünya üzrə 911,9
milyon dollar gəlir əldə edib və 2018-ci ildə çəkilmiş “Bohemian
Rhapsody” filminin rekordunu təzələyib (hər iki filmin prodüseri
Qrem Kinqdir).




24 aprel tarixində baş tutan premyeradan iki ay sonra “Michael”
bütün zamanların ən çox gəlir gətirən musiqiçi bioqrafik filmi
olub. Film həm də Kristofer Nolanın 2025-ci ildə çəkilmiş
“Oppenheimer” filmindən sonra ən yüksək gəlir gətirən ikinci
bioqrafik film kimi tarixə düşüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir