
Bakı. Trend:
Cosko Qvardiol karyerasını “Mançester Siti”də davam
etdirəcək.
Tərəflər yeni müqavilə ilə bağlı razılığa gəliblər. Yeni
sözləşmə 2031-ci ilə qədər qüvvədə olacaq. Xorvatiyalı müdafiəçinin
hazırkı müqaviləsi isə 2028-ci ildə başa çatmalı idi.
Qvardiol 2023/24 mövsümündən etibarən İngiltərədə çıxış edir və
qısa müddətdə komandanın əsas oyunçularından birinə çevrilib.
Son mövsümdə o, Premyer Liqada 18 oyunda iştirak edib və 2 qol
vurub. Yeni müqavilə “Mançester Siti”nin müdafiə xəttinin aparıcı
simalarından biri olan Qvardiola uzunmüddətli etimadının
göstəricisi hesab olunur.

