İİB təhsilə investisiya üçün güclü platforma yaradır – UNEC rektoru

Baş səhifə

Bakı. Trend:

İslam İnkişaf Bankı (İİB) üzv ölkələrin təhsil, bacarıqlar,
innovasiyalar və gənclər üçün imkanlara investisiyaları üçün güclü
platforma yaradır.

Trend-in
tədbirdə olan müxbiri xəbər verir ki, bunu Bakı şəhərində İİB
Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən “Sərhədsiz
gənclik: ortaq regional rifahın təmin edilməsi” adlı tədbirdə
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət
Muradov deyib.

“İİB-nin inkişaf, əməkdaşlıq və insan kapitalına yönəlməsi üzv
ölkələr üçün təhsil, bacarıqlar, innovasiyalar və gənclər üçün
imkanlara investisiya baxımından güclü platforma yaradır.




Bu cür forumlar ortaq çağırışları ortaq həllərə çevirməyə və
regionlar arasında yeni körpülər qurmağa kömək edir”, – deyə o
bildirib.

Ədalət Muradov qeyd edib ki, UNEC bu konsepsiyaya akademik
tərəfdaşlıqlar, rəqəmsal təhsil, süni intellektin inteqrasiyası,
tələbə mübadiləsi, elmi-tədqiqat əməkdaşlığı və xarici tələbələrə
dəstək vasitəsilə töhfə verməyə hazırdır.

“Biz inanırıq ki, regional rifah təhsilli, ixtisaslı, innovativ
və beynəlxalq əlaqələrə malik gənclər hesabına təmin olunacaq.
Azərbaycan bu sahədə mühüm təcrübəyə malikdir”, – deyə rektor
vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir