Azərbaycanda əhali sayında cüzi artım – 0.1 faiz 

Baş səhifə

Azərbaycanın əhalisi artmaqda davam edir.

Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il mayın 1-i vəziyyətinə ölkə əhalisinin sayı ilin əvvəlindən 7987 nəfər və ya 0,1 faiz artaraq 10 milyon 270 min 338 nəfərə çatıb.

Məlumata əsasən, əhalinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri təşkil edir.

Ölkə əhalisinin gender bölgüsünə gəlincə, sakinlərin 49,8 faizi kişilərdən, 50,2 faizi isə qadınlardan ibarətdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir