Siyasi ekspert: “Ankara və Moskva Qarabağ mövzusunda əməkdaşlıq edə bilər”

Siyasət

“Qardaş Azərbaycanın məsələsi Türkiyə üçün çox vacibdir və Qarabağ mövzusu ağrılıdır. Buna görə də Qarabağ hadisələrindən xəbər tutan kimi bütün telekanallar bu mövzunu müzakirə etməyə və vəziyyəti qiymətləndirməyə başladı”.

Bu barədə Media.Az-a Türkiyə üzrə ekspert, “Moskovskiy Komsomolets”in Türkiyə üzrə baş redaktoru Yaşar Niyazbayev məlumat verib.

Onun sözlərinə görə, Türkiyə özünü münaqişədən ayırmır, problemi özününkü kimi qəbul edir:

“Türkiyənin müdafiə naziri Hulusi Akar ölkəsinin bütün imkanları ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə azəri qardaşlarının tərəfində olacağını bildirərək, Bakıya tam dəstəyini ifadə etdi”.

“Bundan əlavə, Türkiyədə belə bir düşüncə mövcuddur ki, bəzi qüvvələr təxribat törədərək, Ankara üçün problemlər yaratmaq istəyirlər. Məsələn, bu gün səlahiyyətli bir hərbi ekspertin verilişində bu fikir səsləndi: “Ermənistan və Azərbaycan sərhədindəki vəziyyətin gərginləşməsi, həmçinin Türkiyənin geosiyasi mövqelərinin zəifləmətmək məqsədi daşıyır”.

– Türkiyə və Rusiyanın xarici işlər nazirləri artıq Ermənistanla Azərbaycan arasındakı gərginliyi telefon vasitəsi ilə müzakirə ediblər. Bəs Türkiyə ilə Rusiya arasında gərginlik yoxdur?

– Bəli, Türkiyənin Xarici İşlər Nazirliyinin situasiyaya sürətli reaksiya göstərdiyi və Rusiyadan olan həmkarları ilə əlaqə qurduğu məlumdur. Türkiyə və Rusiyanın xarici işlər naziri (Mövlud Çavuşoğlu və Sergey Lavrov) Azərbaycan və Ermənistan arasındakı gərginləşmə ilə əlaqədar telefon danışığı apardılar. Türkiyə ilə Rusiya arasındakı münasibətlərə gəlincə, bu, soyuma deyil, belə deyək “sərinlik” idi. İndi hər şey nisbətən normallaşıb, ancaq İdliblə (Suriyanın şimal-qərbindəki şəhər – red.) əlaqədar qarşılıqlı anlaşmada çətinlik yarana bilər. Məlum olduğu kimi, Dəməşq İdlibdə əməliyyatlar keçirməyə təkid edir. Moskva isə Türkiyənin mövqeyinə anlayışla qarşılayaraq Suriyanın ərazi bütövlüyünü də təmin etmək istəyir. Bütün bunlar isı yalnız İdlibdəki şiddətli döyüşlərdən sonra mümkündür.

Qarabağa gəlincə, Ankara və Moskva bu mövzuda əməkdaşlıq edə bilər, hər halda bir çox türkiyəli mütəxəssislər belə hesab edir. Türkiyə Moskvanı bu tənliyin əsas fiquru kimi qəbul edir və bu səbəbdən müəyyən diplomatik addımların atılmasını gözləmək lazımdır”. 

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir