Hava ilə bağlı xəbərdarlıq – daşqın və sel keçəcək

Baş səhifə

Bakı.Trend:

İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi
rayonlarında, 21-i gündüzdən 25-dək isə bəzi yerlərdə arabir yağış
yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Mətbuat Xidməti
məlumat yayıb.

“Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı,
dolu düşəcəyi ehtimalı var.




Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli
daşqın və sel keçəcəyi ehtimal olunur.

Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar
havanın temperaturu iyunun 21-də ötən günlərlə müqayisədə 4-7
dərəcə enəcək”,-deyə Mətbuat Xidmətindən əlavə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir